SON XƏBƏRLƏR
“Məni həbs edə, deportasiya edə, hətta öldürə bilərlər” – Saakaşvili Ukrayna hakimiyyətini ittiham etdi

Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili Xarkovda keçirilən mitinqdə çıxışı zamanı deyib ki, Ukrayna hakimiyyəti onu aradan götürmək istəyir.
“Məni həbs edə, deportasiya edə, hətta öldürə bilərlər” – Saakaşvili Ukrayna hakimiyyətini ittiham etdi
Avropa.info xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

“Dəqiq bilirəm ki, onlar məndən qurtulmağa çalışacaqlar. Onlar məni həbs edə, deportasiya edə bilərlər. Hətta öldürə bilərlər, bu problem deyil! Mən bundan qorxmuram” – o, belə deyib.

Saakaşvili antikorrupsiya islahatlarına dəstək olaraq tərəfdarlarını 17 oktyabrda Ali Rada qarşısında mitinq keçirməyə çağırıb. Antikorrupsiya məhkəmələrinin yaradılması, seçkilər haqda yeni qanunun qəbulu, deputat toxunulmazlığının ləğvi fəalların tələbləri arasındadır.

Bundan əlavə o, Poroşenkonu kleptokatiyada (oğruların hakimiyyəti) ittiham edərək deyib ki, aktiv şəkildə biznes aparması üzündən prezidentin Ukrayna ilə məşğul olmağa vaxtı yoxdur.


Fikrini bildir