SON XƏBƏRLƏR
Prezident Administrasiyası qarşısında təkər yandırıblar

Ukraynanın "Azadlıq hərəkatı"nın fəalları Prezident Administrasiyasının binası qarşısında təkər yandırıblar. “Report” xəbər verir ki, bu barədə hərəkatın üzvləri "Facebook"dakı səhifələrində yazıblar.
Prezident Administrasiyası qarşısında təkər yandırıblar
Sosial şəbəkədə paylaşılan videoyazıda həmçinin bir qrup şəxsin ağ rəngli mikroavtobusa yaxınlaşaraq onu aşırmaq istəməsi öz əksini tapıb. Onların iddiasına görə, bu nəqliyyat vasitəsi ilə onlar izləniliblər.

Məsələyə deputat Yeqor Sobolev müdaxilə edib və sürücüdən vəsiqə təqdim etməsini istəyib. Kişi Ukrayna Təhlükəsizlik Xidmətinin vəsiqəsini təqdim etdikdən sonra, deputat insanlardan avtobusu buraxmalarını xahiş edib.


Fikrini bildir