SON XƏBƏRLƏR
Taliban atəşkəsi uzatmaq təklifini qəbul etmədi

Yazının dərc olunma Tarixi: 18/6/2018

Taliban radikal hərəkatının nümayəndələri Əfqanıstan hakimiyyətinin atəşkəs rejimini uzatmaq barədə təklifini qəbul etməyib.
Taliban atəşkəsi uzatmaq təklifini qəbul etmədi
Axar.az xəbər verir ki, bu barədə AFP hərəkatın rəsmi nümayəndəsinə istinadən informasiya yayıb.

Taliban rəsmisi atəşkəsin bu gün axşam saatlarında başa çatacağını və onu uzatmaq niyyətində olmadıqlarını bildirib.

Xatırladaq ki, iyunun 7-də Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı münasibəti ilə iyunun 12-dən iyunun 19-dək birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq Taliban iyunun 15-dən başlayaraq 3 günlük atəşkəs elan edib.



Fikrini bildir