SON XƏBƏRLƏR
Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

Yazının dərc olunma Tarixi: 23/6/2018

Kreml rəsmiləri Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri Con Bolton arasında növbəti həftə keçirilməsi mümkün olan görüşü müzakirə edirlər. Bu barədə Rusiyanın TASS xəbər agentliyi bildirib.
Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər
Kreml cümə axşamı Boltonun Putin və ABŞ prezidenti Donald Tramp arasında növbəti ay keçirilməsi ehtimal edilən zirvə görüşünü müzakirə etmək üçün Rusiya paytaxtına səfər edəcəyini təsdiq edib.

RİA Novosti xəbər agentliyinin verdiyi məlumata əsasən, Bolton səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

“25-27 iyun tarixlərində ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton Londonda və Romada ABŞ-ın müttəfiqlərilə milli təhlükəsizlik məsələlərini müzakirə etdikdən sonra prezident Tramp və prezident Putin arasında potensial görüşü müzakirə etmək üçün Moskvaya yola düşəcək” – deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Qaret Markis cümə axşamı Twitter vasitəsilə bildirib.

Mətbuat özünü təqdim etməyən mənbəyə əsasən bildirib ki, zirvə görüşü Trampın növbəti ay Avropaya səfəri zamanı keçiriləcəyi ehtimal edilir. Hər iki lider arasında görüş 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən öncə, ya da ki, daha sonra Trampın iki günlük Britaniya səfərindən sonra keçirilə bilər.

Görüşün keçirilmə yeri haqqında heç bir məlumat verilməsə də, bir neçə xarici mətbuat qurumu Putin və Tramp arasında görüşün NATO zirvə toplantısından sonra Avropa paytaxtlarının birində keçirilə biləcəyini deyir. Bəzi məlumatlarda isə zirvə toplantısı üçün mümkün məkanın Vyana ola biləcəyi qeyd edilir. ("Amerikanın səsi")



Fikrini bildir
TƏQVİM
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31