SON XƏBƏRLƏR
İran İraqdakı konsulluğunun yandırılmasını vandalizm adlandırıb

Yazının dərc olunma Tarixi: 8/9/2018

İran İraqın Bəsrə şəhərində yerləşən Baş Konsulluğunun binasının etirazçılar tərəfindən yandırılmasını vadalizm və əxlaqsız hərəkət adlandırıb.
İran İraqdakı konsulluğunun yandırılmasını vandalizm adlandırıb
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Al Sumaria" telekanalı məlumat yayıb.

"Diplomatik nümayəndəliyin binası tamamilə yandırılıb. Baş verənlərin qorxunc və əxlaqsız hərəkət olduğunu hesab edirik", - deyə konsulluğun bəyanatında bildirilir.

Diplomatların sözlərinə görə, onlar həmişə İraq vətəndaşlarının maraqları üçün çalışıblar, onlara xidmət göstəriblər və viza veriblər.

"Al Jazeera" telekanalının məlumatına görə, qismən dağılmış binaya ciddi maddi ziyan dəyib.



Fikrini bildir