SON XƏBƏRLƏR
Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri istefa verməyə hazır olduqlarını bildiriblər

Yazının dərc olunma Tarixi: 11/9/2018

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyan Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib.
Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri istefa verməyə hazır olduqlarını bildiriblər
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o eyni zamanda bu səs yazısının yayılmasının əsas məqsədinin MTX və XİX-in mövqelərinin zəiflədilməsi, bununla xüsusi xidmət orqanlarının başladıqları işləri tamamlamasına maneə yaratmaq olduğunu vurğulayıb.

XİX rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib.

Qeyd edək ki, internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb.

Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.



Fikrini bildir