SON XƏBƏRLƏR
İrandan ABŞ və Səudiyyəyə sərt cavab

Yazının dərc olunma Tarixi: 30/9/2018

ABŞ Dövlət katibi Mayk Pompeonun İraqın Bəsrə şəhərindəki konsulluq binasında xidmət göstərilməyəcəyi və hücum olarsa, məsuliyyətin İranın üzərinə düşməsi ilə bağlı söylədikləri gülünc və şübhəlidir.
İrandan ABŞ və Səudiyyəyə sərt cavab
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. O, ABŞ-ın öz əməllərinin təsirindən xilas olmaq üçün İran əleyhinə açıqlamalar verdiyini bildirib. Qasımi Tehran rəhbərliyinin diplomatlara və diplomatik missiyalara qarşı hər cür təcavüzü pislədiyini söyləyib.

Sözçü Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyrin İran hökumətinə qarşı açıqlamasına da sərt reaksiya verib. O, Ər-Riyad rəhbərliyini terrorçulara dəstək verməkdə ittiham edib.

Qeyd edək ki, Mayk Pompeo bundan əvvəl İraqın Bəsrə şəhərindəki konsulluq binasında xidmət göstərilməyəcəyi və hər hansı hücum olarsa, İranın məsuliyyət daşıyacağını söyləmişdi. Adil Cübeyr isə Yaxın Şərqdə sülhün təmin edilməsi üçün İranın işğalçılıq siyasətindən əl çəkməli olduğunu demişdi.



Fikrini bildir