SON XƏBƏRLƏR
"Trami" tayfunu nəticəsində 47 nəfər xəsarət alıb

Yazının dərc olunma Tarixi: 30/9/2018

Yaponiyada 47 nəfər "Trami" tayfunu nəticəsində xəsarət alıb.
"Trami" tayfunu nəticəsində 47 nəfər xəsarət alıb
Trend-in məlumatına görə, ölkənin cənub-qərbində 500 minə yaxın yaşayış evi elektrik enerjisiz qalıb. Yerli hökümət insanları evlərdən çıxmamağa çağırır.

Torpaq sürüşmələrinin yaranma təhlükəsi ilə bağlı dağlıq rayonlarda yaşıyan 10 minlərlə sakin təxliyə barədə tövsiyə alıb.

Bundan əlavə, Kansay hava limanının 2 uçuş-eniş zolağı oktyabrın 1-dək bağlanıb, ölkənin cənubunda və cənub-qərbində bərə əlaqəsi dayandırılıb.
Hazırda tayfun "Trami" Yaponiyanın qərb regionu Kansaya yaxınlaşır.



Fikrini bildir