SON XƏBƏRLƏR
Ermənistan Baş nazirinin keçmiş müavininin evində axtarış aparılıb

Yazının dərc olunma Tarixi: 18/10/2018

Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyanın evində hüquq–mühafizə orqanları axtarış aparıb.
Ermənistan Baş nazirinin keçmiş müavininin evində axtarış aparılıb
“Report” xəbər verir ki, bu barədə “Jamanak” (“Zaman”) qəzeti yazıb.

Bildirilib ki, axtarış oktyabrın 7-də tanınmış iş adamı Samvel Mayrapetyanın saxlanıdlığı gün aparılsa da məlumat oktyabrın 18-də üzə çıxıb.

Qəzetin yazdığına görə, onun evində müxtəlif müqavilələr, mülkiyyət haqqında şəhadətnamə və başqa sənədlərlə bağlı axtarış nəticəsiz başa çatıb.

Məlumata əsasən, Mayrapetyanla Gevorkyan arasında yaşayış binalarının alqı-satqısı üzrə bir neçə milyon dollarlıq şübhəli sövdələşmələrin olduğu aşkar edilib. Bundan başqa, Gevorkyanın və yaxınlarının adına qeydiyyata alınan mülkiyyətin bir hissəsinin keçmiş prezident Robert Koçaryana məxsus olması ilə bağlı şübhəli məqamlar var.

Bildirilib ki, Gevorkyan mülkiyyətinin bir hissəsinin təqaüddə olan atasının adına qeydiyyata aldırıb. Onun atası 2008-ci ildə Samvel Mayrapetyanın “Toyota Yerevan” şirkətinə bir neçə milyon dollar sərmayə qoyub.

Armen Gevorkyan hazırda Yerevanın Şimal prospektində qiyməti milyon dollara olan təmtəraqlı mənzildə yaşayır.

Qeyd edək ki, Samvel Mayrapetyan “H2” telekanalının da sahibidir. O oktyabrın 7-də həbs edilib.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30