SON XƏBƏRLƏR
Serj Sarqsyan məhkəməyə verilib

Yazının dərc olunma Tarixi: 18/10/2018

Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq Prezidenti və Baş naziri Serj Sarqsyanı məhkəməyə verib.
Serj Sarqsyan məhkəməyə verilib
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı Prezident Serj Sarqsyanın sərəncamını qanunsuz sayır.

O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub.

Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30