SON XƏBƏRLƏR
Kütləyə bıçaqla hücum edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB-2

Yazının dərc olunma Tarixi: 9/11/2018

Avstraliyanın Melburn şəhərində polislərə hücum edən şəxs aldığı yaradan xəstəxanada ölüb.
Kütləyə bıçaqla hücum edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB-2
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Viktoriya Ştat Polis İdarəsinin nümayəndəsi mətbuat konfransı zamanı məlumat verib.

Polisdən hadisənin terror hücumu kimi qiymətləndirildiyi qeyd olunub.

***
11:29

Avstraliyanın Melburn şəhərində naməlum şəxs bıçaqla polislərə hücum edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisədən əvvəl bir avtomobil ticarət mərkəzinin binasına çırpılıb, daha sonra isə alışmağa başlayıb.
Yanğın on dəqiqə ərzində söndürülb. Hadisə yerinə polis və fövqəladə qurumlar əməkdaşları cəlb olunub.

Bundan sonra naməlum şəxs polis zabitinə bıçaq çəkib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər bıçaq xəsarəti alıb, təqsirkar saxlanılıb.

Bıçaqlı şəxsin və daha bir nəfərin xəstəxanaya çatdırıldığı, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin terrorla heç bir əlaqəsinin olmadığı vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir