SON XƏBƏRLƏR
Məktəbdəki kütləvi qətllə bağlı yeni faktlar üzə çıxıb

Yazının dərc olunma Tarixi: 14/3/2019

Braziliyanın Suzanu munisipialında orta məktəbdə silahlı insident törədən gənclərdən biri digərini güllələdikdən sonra özü də intihar edib.
Məktəbdəki kütləvi qətllə bağlı yeni faktlar üzə çıxıb
Xəbərə görə, bu barədə yerli “Globo” kanalı San-Paulu ştatının polisinə istinadən məlumat yayıb.

Daha əvvəl həmin silahlıların ikisinin də insidentdən sonra intihar etdikləri deyilirdi. Kanalın məlumatına görə, aparılan araşdırmalar göstərib ki, 17 yaşlı Gilyermi Tauçi əvvəlcə 25 yaşlı Enriki di Kastrunu, daha sonra özünü öldürüb. Polis onların əvvəlcədən belə bir razılığa gəldikləri qənaətindədir. Buna qədər onların ABŞ məktəblərindəki kütləvi qətlləri araşdırdıqları da deyilir.

Qeyd edək ki, iki silahlı gəncin məktəbə hücumu nəticəsində 15-17 yaşlarında beş yeniyetmə, üç nəfər məktəbin əməkdaşı öldürülüb, daha 17 nəfər isə ciddi xəsarətlər alıb.

Baş vermiş dəhşətli insidentlə bağlı ölkə prezidenti Jair Bolsonaru ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.



Fikrini bildir