SON XƏBƏRLƏR
Yerevanın mərkəzində toqquşma: "Hanı Paşinyan?" - VİDEO

Yazının dərc olunma Tarixi: 14/3/2019

Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Yerevan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 16 paytaxt sakini həbs edilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həbs edilən aksiya iştirakçılarına qarşı İnzibati Məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.
Yerevanın mərkəzində toqquşma: "Hanı Paşinyan?" - VİDEO
Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.

Kafe əməkdaşları sonra yenidən obyektlərin söküldüyü Azadlıq meydanına qayıdıblar. Onlar “Siz kimsiniz? Siz əvvəlkilərdən nə ilə fərqlənirsiniz? Hanı hökumət başçısı?” deyə qışqırırlar.

Sökülən obyektlərin nümayəndələri merlə görüş tələb etsələr də, Yerevan meriyasından etirazçıların önünə heç kim çıxmayıb. Etirazçılarla görüşə yalnız rayon İH-nin təmsilçisi gəlib. O da az öncə...

***
13:42

Ermənistanın paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

“Report” xəbər verir ki, aksiya iştirkçıları Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən kafenin söklüməsinə etirazlarını bildiriblər. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə, kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər.

Qeyd edək ki, bu, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra aksiya iştirakçıları ilə polis arasında baş verən ilk qarşıdurmadır.




Fikrini bildir