SON XƏBƏRLƏR
Aksiya iştirakçılarını döyən polis işdən qovulub

Yazının dərc olunma Tarixi: 15/3/2019

Yerevanın “Azadlıq” meydanında keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı güc tətbiq edən polis işdən qovulub.
Aksiya iştirakçılarını döyən polis işdən qovulub
“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Ermənistan Polisinin rəisi Valeri Osipyan hadisə ilə bağlı daxili araşdırmanın aparılması barədə tapşrıq verib: “Polis əməkdaşının səlahiyyətləri əlindən alınıb. Araşdırmanın yekunu barədə məlumat veriləcək”.

Qeyd edək ki, martın 13 və 14-də paytaxt Yerevanda Opera və Balet Teatrı binasının yaxınlığında fəaliyyət göstərən kafenin sökülməsinə etiraz olaraq aksiya keçirilib. Aksiya iştirakçıları ilə polislər arasında toqquşma olub. Qarşıdurmada Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ayağı sınıb.



Fikrini bildir