SON XƏBƏRLƏR
Rusiyadan sos: "NATO “soyuq müharibə” sistemini canlandırır"

Yazının dərc olunma Tarixi: 15/3/2019

NATO “soyuq müharibə” zamanı yaradılmış və qoşunların ABŞ-la Kanadadan Avropaya göndərilməsini nəzərdə tutan sistemi canlandırır.
Rusiyadan sos: "NATO “soyuq müharibə” sistemini canlandırır"
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov bildirib.

Onun sözlərinə görə, Amerikanın təşəbbüsü 30 gün ərzində blok ölkələrinin 30 mexanikləşdirilmiş batalyonu, 30 aviasiya eskadrilyası və 30 hərbi gəmisinin tətbiqini nəzərdə tutur.



Fikrini bildir