SON XƏBƏRLƏR
Deputat 3 milyard rüşvətlə tutuldu

Yazının dərc olunma Tarixi: 15/3/2019

Rusiya Dövlət Dumasının deputatı Vadim Belousov 3 milyard rubl həcmində rüşvət almaqda ittiham edilərək həbs olunub.
Deputat 3 milyard rüşvətlə tutuldu
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, deputatın sonrakı taleyini yaxın günlərdə Yekaterinburq məhkəməsi müəyyən edəcək.

İstintaq materiallarına görə. 2010-cu ildən 2014-cü ilədək Belousov Çelyabinsk vilayətinin keçmiş qubernatoru Mixail Yuryeviçlə əlbir olaraq, himayədarlıq göstərmək məqsədilə holdinq rəhbərindən rüşvət alıblar. Nəticədə, holdinqə daxil olan təşkilatlar yollara göstərilən xidmət üzrə hərraclarda qalib gəliblər, rüşvət verənlərin nəzarəti altında olan şəxslər isə dövlət müəssisələrinə direktor vəzifələrinə təyinat alıblar. Rüşvətin həcminin 3 milyard rubl (təxminən 46 milyon dollar) olduğu deyilir.

Ötən ilin dekabr ayında Dövlət Duması Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Belousovu deputat toxunulmazlığından məhrum etmişdi. Vadim Belousov – “Ədalətli Rusiya” partiyasından Dumanın üzvü olub.



Fikrini bildir