SON XƏBƏRLƏR
Nümayişçilər zorla televiziya binasına girib

Yazının dərc olunma Tarixi: 17/3/2019

Serbiyada onlarla nümayişçi etiraz yürüşünün gedişatında zorla milli televiziya olan RTS-in binasına girib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə RTS bildirib.
Nümayişçilər zorla televiziya binasına girib
Qeyd edilir ki, nümayişçilər telekanalın binasının iki girişini bağlayıblar və binaya yumurtalar atıblar. Etirazçılar bundan sonra zorla içəri zorla giriblər və binaya vərəqələr, lentlər yapışdırmağa başlayıblar. Daha sonra əraziyə polis dəstəsi gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın yuxarı mərtəbələrinə keçidin qarşısını alıblar. Nümayişçilər binanın vestibülündə qalırlar.

Daha əvvəl Belqradda dövlət əleyhinə kütləvi aksiya keçirilib. Analoji çıxışlar ölkədə dekabrdan təşkil olunur. Buna səbəb Kruşevaç şəhərində cinayətkar qruplardan biri tərəfindən müxalifətçi Borko Stefaniçin döyülməsi səbəb olub. Müxalifət hakimiyyətin ünvanına zorakılığın atmosferinin yaradılmasında ittihamlar səsləndirərək, tərəfdarlarını küçələrə çıxmağa çağırıb.



Fikrini bildir