SON XƏBƏRLƏR
Paşinyan Nazarbayevə zəng elədi

Yazının dərc olunma Tarixi: 20/3/2019

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib. Virtualaz.org bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Nazarbayevə zəng elədi
Paşinyan Qazaxıstanın inkişafında və irəliləməsində, eləcə də Avrasiya regionunda inteqrasiya proseslərinin formalaşmasında Nazarbayevin ölçüyəgəlməz töhfəsini qeyd edib. O, iki ölkə arasındakı mövcud dostluq əlaqələrini və prezident Nazarbayevlə şəxsi əlaqələri yüksək qiymətləndirib.

O, Nazarbayevə gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Avrasiya İqtisadi Birliyinin mayın 29-da Astanada keçiriləcək yubiley sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.



Fikrini bildir