SON XƏBƏRLƏR
Hələbdə hərbi aerodrom atəşə tutuldu

Yazının dərc olunma Tarixi: 15/5/2019

Suriyanın Hələb şəhərində hərbi aerodromun yerləşdiyi Neyrab qəsəbəsinin artilleriya atəşinə tutulması nəticəsində 6 nəfər ölüb.
Hələbdə hərbi aerodrom atəşə tutuldu
RİA "Novosti" xəbər verir ki, bu barədə yerli "Ikhbariya" dövlət telekanalı məlumat yayıb.

"Terror qruplaşmaları tərəfindən Neyrab düşərgəsinə edilən artilleriya hücumu nəticəsində 6 nəfər ölüb", - deyə məlumatda bildirilir.

Suriya ordusu mayın 6-da başlayan hərbi əməliyyat zamanı Həma əyalətinin şimalında yerləşən bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Kalat əl-Mudik və Kafr-Nabuda kimi mühüm strateji yaşayış məntəqələrini ələ keçirib.



Fikrini bildir