SON XƏBƏRLƏR
Koçaryan azadlığa buraxıldı

Yazının dərc olunma Tarixi: 18/5/2019

Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.
Koçaryan azadlığa buraxıldı
Virtualaz.org "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, şənbə günü sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə hakim David Qriqoryan R.Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib.

Daha öncə Qarabağ separatçılarının kideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan məhkəməyə şəxsi zəmanətlərini təqdim ediblər. Onlar birbaşa məhkəmə zalında zəmanət verərək, hərəsi 500 min dram (1000 dollardan bir az çox) təzminat ödəyiblər.

Məhkəmə binasının qarşısına Ermənistanın eks-prezidentinin tərəfdarları və əleyhdarları toplaşıblar. Tərəfdarlar məhkəmənin qərarı ilə bağlı sevinclərini ifadə edirlər.

Bir neçə dəqiqədən sonra Koçaryanın məhkəmə binasından çıxması gözlənilir.



Fikrini bildir