SON XƏBƏRLƏR
İndoneziyada məmurlara sui-qəsdin təşkilatçısının adı açıqlanıb

Yazının dərc olunma Tarixi: 10/6/2019

İndoneziyada dörd yüksək vəzifəli məmura sui-qəsdin iştirakçılarından biri olan İvan Kurniavan sui-qəsdin təşkilatçısının strateji ehtiyatların komandiri, ehtiyatda olan general-mayor Kivlan Zein olduğunu bildirib.
İndoneziyada məmurlara sui-qəsdin təşkilatçısının adı açıqlanıb
AZƏRTAC xəbər verir ki, bu barə “Tempo” jurnalı məlumat yayıb.

İ.Kurniavan, həmçinin bəyan edib ki, əvvəlcə ona prezident Coko Vidodonun qətli sifariş edilmişdi, amma sonradan təşkilatçının planları dəyişdi.

Kivlan Zein isə bu barədə heç nə bilmədiyini bəyan edib və ona qarşı ittihamı rədd edib.

Onun vəkili Muhaməd Yuntrinin sözlərini sitat gətirən jurnal yazır: ”Kivlan üçün milli liderlərin qətlinin planlaşdırılmasının heç bir mənası yoxdur”.

Xatırladaq ki, cinayətkarlar siyasət, hüquq və təhlükəsizlik naziri Virantonu, dəniz işləri üzrə əlaqələndirici nazir Luhuta Pacaitananı, milli kəşfiyyat idarəsinin rəisi Budi Qunavanı və prezidentin təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə xüsusi nümayəndəsi Qories Mereni öldürməyi planlaşdırırmışlar. Polis məmurların təhlükəsizliyini təmin edib.

İndoneziyada iğtişaşlar mayın 21-də ümumi seçkilərin nəticələri elan edildikdən dərhal sonra başlayıb. Prezident seçkilərində məğlub olan general Prabovo Subiantonun tərəfdarları nümayişə çıxaraq, dərc edilən nəticələrlə razılaşmadıqlarını bildiriblər. Onlar seçkilər günü səsvermənin nəticələrinin hesablaması zamanı hazırda hakimiyyətdə olan Prezident Coko Vidodonun xeyrinə çoxsaylı pozuntulara yol verildiyini söyləyirlər. Mərkəzi Seçki Komissiyası C.Vidodonun səslərin 55,5 faizini, P.Subriantonun isə 45,5 faizini topladığını elan edib.



Fikrini bildir