SON XƏBƏRLƏR
Qazaxıstanda mitinqlər

Yazının dərc olunma Tarixi: 11/6/2019

Qazaxıstanın ən böyük şəhərlərində - Nur-Sultan və Almatıda prezident seçkilərinin baykot edilməsini tələb edən etirazçıların keçirdiyi sanksiyalaşdırılmamış mitinqdə iki gün ərzində, təxminən, 700 nəfər saxlanılıb.
Qazaxıstanda mitinqlər
Bu barədə jurnalistlərə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oraz Nurdilda məlumat verib.

"İlk gündə (9 iyun - red.) 500 nəfər saxlanılıb, onlardan 400-nə qarşı inzibati protokol tərtib edilib. İkinci gündə, təqribən, 200 nəfər saxlanılıb. Onlardan 150-sinə qarşı inzibati protokol tərtib edilib", - DİN rəsmisi deyib.

“Report” xatırladır ki, Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayıb. Seçici fəallığı 77,4% olub.



Fikrini bildir