SON XƏBƏRLƏR
Tankerdə partlayış: ölənlər və yaralananlar var

Yazının dərc olunma Tarixi: 11/6/2019

Mahaçqala dəniz limanında tankerdə baş vermiş partlayış nəticəsində üç nəfər həyatını itirib.
Tankerdə partlayış: ölənlər və yaralananlar var
Bu barədə TASS “Rosmorreçflot”un mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üç nəfərin meyiti tapılıb – ölənlər gəmidə olmuş dənizçilərdir”, - deyə agentliyin müsahibi bildirib.

“V.F.Tanker № 16” tankerinin göyərtəsində ümumilikdə 12 nəfərin olduğu deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, tankerin yaşayış hissəsi yanır. Yanğını hələlik lokallaşdıra bilməyiblər.

***
10:21

Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.

Bu barədə “Ren TV” məlumat yayıb.

“Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.

“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər.



Fikrini bildir