SON XƏBƏRLƏR
Serj Sarkisyanın iki nazirinə cinayət işi açıldı

Yazının dərc olunma Tarixi: 11/6/2019

Ermənistanın keçmiş Maliyyə və Kənd Təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə güzəştli qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.
Serj Sarkisyanın iki nazirinə cinayət işi açıldı
KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurublar. Zərərin böyük hissəsi artıq ödənilib.

Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.

Bundan əvvəl Ermənistanın Araqatsot vilayətində fermerlərə gübrələrin paylanması zamanı baş verən sui-istifadə halları ilə əlaqədar 9 cinayət işi açılıb.



Fikrini bildir