SON XƏBƏRLƏR
Rusiya yeni zenit-raket kompleksini sınaqdan keçirdi

Yazının dərc olunma Tarixi: 14/6/2019

Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar poliqonunda ilk dəfə olaraq “Tor-M2DT” zenit-raket kompleksindən havada yüksək sürətlə manevr edən şərti düşmən hədəflərinə atəş açılıb.
Rusiya yeni zenit-raket kompleksini sınaqdan keçirdi
“Zvezda” telekanalı sınaqların videogörüntüsünü yayıb.

Telekanalın məlumatına görə, atəş aktiv radiopozuntu şəraitində aparılıb.

Hava Hücumundan Müdafiə Qüvvələrinin keçirdiyi təlim zamanı komplekslərdən açılan atəş nəticəsində müxtəlif istiqamətlərdə buraxılmış, yuxarı və aşağı yüksəkliklərdə uçan bütün hədəflər məhv edilib.



Fikrini bildir