SON XƏBƏRLƏR
Paşinyan general Movsesi Qarabağda hakimiyyətə gətirmək istəyir

Yazının dərc olunma Tarixi: 2/7/2019

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində gələn il keçiriləcək “prezident seçkilərində” general Movses Akopyanın namizədliyini dəstəkləməyə hazırlaşır.
Paşinyan general Movsesi Qarabağda hakimiyyətə gətirmək istəyir
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan həmin “seçkilərdə” şəxsən Paşinyanın və Yerevanın namizədi ola bilər.

“Paşinyan başa düşür ki, general Vitali Balasanyan və onun ətrafında cəmləşən qruplaşmaya ancaq həmin qrupa qarşı çıxmaqdan çəkinməyən, onların təhdidlərinə boyun əyməyən biri qalib gələ bilər”,-“Jamanax” qəzeti yazır.

General Movses Akopyan Dağlıq Qarabağda “müdafiə naziri” olub, daha sonra Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi təyin edilmişdi. 2016-cı ilin aprel müharibəsindən sonra Akopyan da Müdafiə Nazirliyinin rəhbərliyində yer alan bir sıra generallarla birlikdə vəzifəsini itirdi. Prezident Serj Sərkisyan onu Baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb baş hərbi müfəttiş təyin etdi.

Son vaxtlar Paşinyanla Qarabağdakı rejim arasında ciddi ixtilaf yaşanır və belə məlumatlar var ki, qarabağlı generallar və keçmiş səhra komandirləri onu hakimiyyətdən uzaqlaşdırmağa and içiblər.



Fikrini bildir