SON XƏBƏRLƏR
Sualtı aparatında yanğın: 14 dənizçi öldü

Yazının dərc olunma Tarixi: 2/7/2019

Rusiyanın ərazi sularında dərinsulu elmi-tədqiqat aparatında yanğın baş verib. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir.
Sualtı aparatında yanğın: 14 dənizçi öldü
Məlumata görə, yanğın iyulun 1-də “biometrik ölçülərin aparılması” zamanı baş verib. Nəticədə 14 sualtı-dənizçi zəhərlənərək ölüb. Hadisənin səbəbləri araşdırılır. Təhqiqata Hərbi-Dəniz Qüvvələrinin baş komandanı rəhbərlik edir.

Qeyd edir ki, sualtı aparat Hərbi Dəniz Qüvvələrinin maraqları çərçivəsində Dünya okeanının təbii mühitinin və dibinin öyrənilməsi ilə məşğul olurdu. Aparatın adı və hadisənin harada baş verdiyi göstərilmir.



Fikrini bildir