SON XƏBƏRLƏR
Estoniyada müəllimlər tətil elan ediblər

Yazının dərc olunma Tarixi: 5/7/2019

Estoniyanın Tallinn və Tartu şəhərlərinin elm ocaqlarında çalışan müəllimlər qısamüddətli tətil elan ediblər.
Estoniyada müəllimlər tətil elan ediblər
“AzərTAc” xəbər verir ki, buna səbəb elmi fəaliyyətə dövlət tərəfindən ayrılan vəsaitin az olmasıdır.

Bu tətillərə Estoniyada fəaliyyət göstərən daha 4 dövlət, 1 özəl universitet də qoşulmağı planlaşdırır. Artıq belə bir ictimai fikir formalaşıb ki, lazımi maliyyə dəstəyi olmazsa, eston elmi gələcəkdə ciddi problemlər yaşayacaq. Lakin ölkənin bəzi sosioloqları da iddia edirlər ki, maraqlı elmi kəşflər üçün müəlliflər özləri kənardan sərmayəçi cəlb etməlidirlər.

2017-ci ildə elmi araşdırmalar və kəşflərə ayrılan dövlət büdcəsi ümumi daxili məhsulun 0,53 faizini təşkil edib. 2018-ci ildə isə bu məbləğin növbəti 3 il üçün artırılması barədə danışıqlar aparılmışdı. Lakin bu məsələ hələ də həllini tapmayıb. Sonuncusu cari ilin mayında keçirilən büdcə planlamasında da elmin inkişafına ayrılacaq məbləğ artmayıb.



Fikrini bildir