SON XƏBƏRLƏR
Xoruza gecələr banlamaq qadağan edildi - İsveçrədə

Yazının dərc olunma Tarixi: 11/7/2019

İsveçrənin Sürix kantonunun sakinləri xoruzun gecələr banlamasına görə, məhkəməyə şikayət ediblər.
Xoruza gecələr banlamaq qadağan edildi - İsveçrədə
Oxu.az xəbər verir ki, məhkəmə xoruzun sahibinin adi günlərdə quşun axşam saat 22:00-dan səhər saat 08:00-dək, bazar günləri isə axşam saat 22:00-dan səhər saat 09:00-dək “səssiz” qalmasını təmin etməyə dair hökm edib.

Xoruz göstərilən müddət ərzində toyuq hinini tərk edə bilməz.

Məhkəmə toyuq hininin səs izolyasiyasını yaxşılaşdırmağı da tələb edib.



Fikrini bildir