SON XƏBƏRLƏR
Polis Bukenqem sarayına girmək istəyən şəxsi saxlayıb

Yazının dərc olunma Tarixi: 11/7/2019

London polisi çərşənbə gününə keçən gecə Bukenqem sarayının hasarından keçərək iqamətgahın içərisinə daxil olmağa cəhd edən şəxsi saxlayıb.
Polis Bukenqem sarayına girmək istəyən şəxsi saxlayıb
Report “Evening Standard”a istinadən xəbər verir ki, asayiş keşikçiləri hadisəni terror cəhdi hesab etmir. Qeyd olunub ki, saxlanılan şəxsin üzərində heç bir silah aşkar edilməyib və qanunu pozan şəxs Londonun mərkəzi hissəsində yerləşən polis məntəqəsində saxlanılır.

Bukenqem sarayındakı mənbə “The Sun” nəşrinə bildirib ki, adı açıqlanmayan şəxs iqamətgaha daxil olmaq istəyərkən Kraliça II Yelizaveta sarayda olub və yatırmış. Nəşrin məlumatına görə, gənc binanın ətrafında bir neçə dəqiqə gəzib və bağlı qapıları döyərkən saxlanılıb.



Fikrini bildir