SON XƏBƏRLƏR
ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır

Yazının dərc olunma Tarixi: 20/7/2019

ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyin təmini üçün “Gözətçi” adlanacaq hərbi əməliyyat hazırlayır. Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandalığı (CENTCOM) yayıb.
ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır
CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması olduğu bildirilib. CENTCOM bütün fəaliyyətlərini ABŞ-ın müttəfiqləri ilə koordinasiya edəcəyini bəyan edib.



Fikrini bildir