SON XƏBƏRLƏR
Bu ölkədən qayıdan ABŞ diplomatları qəribə xəstəliyə tutuldular

Yazının dərc olunma Tarixi: 27/7/2019

ABŞ Dövlət Departamenti ölkənin Kubada yerləşən səfirliyinin əməkdaşlarının tutulduqları xəstəliyi “Havana sindromu” adlandırıb.
Bu ölkədən qayıdan ABŞ diplomatları qəribə xəstəliyə tutuldular
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, ilk dəfə bu sindrom 2016-cı ildə qeydə alınıb. ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra yeni dövlət başçısı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş siyasətə yenidən baxacağını bildirmişdi. Xatırladaq ki, Barak Obama administrasiyası Kuba ilə əlaqələrin yaradılmasına nail ola bilmişdi.

Bundan təxminən bir il sonra ABŞ diplomatik nümayəndəliyinin əksər əməkdaşları Havananı tərk etdilər və ABŞ-a qayıtdıqdan sonra onların beynində dəyişikliklərin baş verdiyi məlum oldu. Həkimlər bunu “akustik hücum”un nəticəsi kimi qiymətləndirirlər.

Bu sondroma tutulmuş insanlarda yüksək səslərə orqanizm qəribə reaksiya verir. Diplomatların belə vəziyyətlərdə ürəyi bulanır, başları gicəllənir, güclü başağrısı qeyd olunur.

Həmin simptomların səbəbini aydınlaşdırmaq üçün Pensilvaniya Universitetinin alimləri “Havana sondromu”na tutulmuş 23 kişi və 17 qadın üzərində tədqiqat aparıblar. Bu tədqiqatlarda əldə olunmuş nəticələr heç vaxt Kubada olmamış 48 ABŞ vətəndaşının göstəriciləri ilə müqayisə edilib.

Tədqiqatlardan sonra alimlər bildiriblər: “Bu iki insan qrupunun beyinləri arasında fərqlər çox aşkardır”. Lakin alimlər hələlik təfərrüatları elan etməyiblər. Məlum olan yalnız budur ki, vizualizasiya anomaliyası şəklində təzahür edən klinik kənaraçıxma mövcuddur, lakin bu beyin dəyişikliklərinin orqanizmdə müxtəlif ciddi xəstəliklərə necə səbəb olması aydınlaşdırılmalıdır.

Qeyd olunur ki, bu vaxta qədər səfirliyin 21 əməkdaşının məruz qaldığı maqnit-rezonans tomoqrafiyası onların beynində hər hansı dəyişikliyi qeydə ala bilməyib.

Ekspertlər və siyasətçilər isə hesab edirlər ki, ABŞ-la münasibətlərin yaxşılaşdırılmasında çox maraqlı olan Kuba tərəfinin diplomatlara qarşı hər hansı gizli silahdan istifadə etməsi ehtimalı inandırıcı görünmür.



Fikrini bildir