SON XƏBƏRLƏR
Pilotlar sərnişin yerinə kokain daşıyıblar

Yazının dərc olunma Tarixi: 27/7/2019

Çexiyanın iki pilotu bu günlərdə “Famila” kod adı ilə Balkan narkomafiyası əleyhinə yönəldilmiş beynəlxalq əməliyyat çərçivəsində tutulub. Müəyyən olunub ki, aviatorlar şəxsi təyyarələrdə Cənubi Amerikadan Avropaya kokain yollayıblar.
Pilotlar sərnişin yerinə kokain daşıyıblar
AZƏRTAC Çexiyanın Narkotiklərə qarşı Milli Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, Avropada ümumən 11 şəxs saxlanılıb, daha beş nəfər Honkonqda həbs edilib.

Həbs edilmiş pilotlar son bir ildə Cənubi Amerikadan Avropaya bir neçə uçuş həyata keçiriblər, sonra hüquq mühafizə orqanlarının nəzarəti altına düşüblər. Pilotların sözlərinə görə, onlar guya sərnişin daşıyıblar, əslində isə Avropaya kokain gətirməklə məşğul olublar. Pilotlardan biri Uruqvaydan Avropaya 21 çamadanda 600 kiloqram kokain daşıyarkən İsveçrədə saxlanılıb. Digər pilot isə Çexiyada həbs olunub və onun evindən bəyannaməsi olmayan təqribən bir milyon avro nağd pul tapılıb.

Hüquq mühafizə orqanları Honkonqda 421 kiloqram həcmində daha bir iri kokain partiyası ələ keçiriblər.



Fikrini bildir