SON XƏBƏRLƏR
Tramp Boltona əvəz tapdı

Yazının dərc olunma Tarixi: 18/9/2019

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Robert O'Brayen olacaq.
Tramp Boltona əvəz tapdı
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

Tramp bildirib ki, Robert O'Brayenlə çoxdan və uzun müddət bir yerdə işləyib, o, bu indiyə qədər Dövlət Departamentində girovlarla iş üzrə Prezidentin xüsusi elçisi kimi uğurla çalışıb: “Robert O'Brayeni milli təhlükəsizlik üzrə yeni məsləhətçimiz olaraq təyin edəcəyimi elan etməkdən məmnunam. O, işinin öhdəsindən əla gələcək".

Xatırladaq ki, ABŞ prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu ötən həftə istefaya göndərib.



Fikrini bildir