SON XƏBƏRLƏR
Merkel Saakaşvilini 2008-də satdı – Brayza

Yazının dərc olunma Tarixi: 19/10/2019

Merkel Saakaşvilini 2008-də satdı – Brayza
"2008-ci ilin yazında biz Vaşinqtonda Rusiya Prezidenti Vladimir Putinin qurmağa çalışdığı tələdən qaça biləcəyimiz plan hazırlamışdıq".Bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, Putinin o zamankı tələsi Saakaşvili üçün elə bir seçim imkanı qoymamışdı:
“O ya Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən nəzarətini qəbul etməli, ya da hərbi konfliktə getməli idi. Biz qərara gəldik ki, başqa plana nəzər yetirməliyik və xeyli tədbirlər hazırladıq. Bu tədbirlərdə xüsusilə Kodor dərəsində AB polisinin yerləşməsi nəzərdə tutulurdu, lakin “Gürcüstanla dostluq qrupu”na rəhbərlik edən Almaniya nümayəndə heyəti Rusiyaya zidd bütün bəndləri siyahıdan çıxardı”.
Brayza 2008-ci il NATO-nun Buxarest sammitində ABŞ Prezidenti Corc Buşun Gürcüstana alyansa üzvlük haqqında fəaliyyət planını dəstəkləməsini təklif etdiyini, amma bu məsələnin Almaniya kansleri Angela Merkel tərəfindən bloklandığını bildirib. Diplomat eyni situasiyanın gələcəkdə də yaşana biləcəyini qeyd edib: “Almaniya NATO üzvləri arasında hər zaman hər kəsdən çox Rusiya ilə qarşıdurmadan qaçmağa cəhd edib. Bu da onun dramatik tarixindən irəli gəlir. Ştaynmayer xarici işlər naziri olanda cəhd edirdi ki, Rusiya ilə qarşıdurma yaradacaq siyasət aparılmasın”.



Fikrini bildir