SON XƏBƏRLƏR
Baş nazir istefa verdi

Yazının dərc olunma Tarixi: 29/10/2019

Livanın baş naziri Saad Həriri istefa verib.

Baş nazir istefa verdi “RİA Novosti” agentliyinin məlumatına görə, baş nazir 2 həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlardan sonra istefa vermək qərarına gəlib.

Həriri dövlət televiziyasında müraciəti zamanı ölkədə vəziyyətin dalana dirəndiyini deyib: “Mən prezident Mişel Auna istefa ərizəmi vermək üçün Baabda sarayına gedəcəm. Bu, bütün livanlıların arzusu idi”.

Qeyd edilir ki, oktyabrın 21-dən ölkədə iqtisadi böhran əleyhinə mitinqlər keçirilir.



Fikrini bildir