SON XƏBƏRLƏR
Gevorg Mirzoyan: "Ermənilər "soyqırımı” tanıtmaq üçün rüşvətə milyonlarla dollar xərcləyirlər"

Yazının dərc olunma Tarixi: 31/10/2019

Erməni əsilli rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin siyasi elmlər üzrə dosenti Gevorg Mirzoyan ABŞ Konqresinin Osmanlı İmperiyasında "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsini şərh edib.

Gevorg Mirzoyan: "Ermənilər "soyqırımı” tanıtmaq üçün rüşvətə milyonlarla dollar xərcləyirlər" Virtualaz.org bildirir ki, G.Mirzoyan Telegram-dakı kanalında yazıb: “Ermənilər razıdır, hökumət ədalətin bərpasından danışır. Sonuncu ilə tam razı deyiləm. Ədalət-cinayətkarın günahını etiraf edib, ona görə cəzalandırılanda olur. Konqresin qərarı əsla ədalət gətirmir. Türkiyə hakimiyyəti "soyqırımı" (bu və sonrakı dırnaqlar bizimdir-red.) tanımaz, hətta dünyanın bütün digər ölkələri tanısa belə".

Mirzoyanın sözlərinə görə, Ankara üçün bu, nüfuz məsələsidir, həm də milyardlarla dollarlıq təzminat: “Türkiyə hakimiyyəti bunu niyə etməlidir ki? Buna görə də hesab edirəm ki, digər ölkələrdə "soyqırım"ın tanınması üçün lobbiçilik etmək (inandırmaq yox, rüşvətə milyonlarla dollar xərcləməklə məhz lobbiçilik etmək) mənasızdır. "Soyqırımı" xatırlanmalı və elə edilməlidir ki, o bir də təkrarlanmasın. O isə bir daha yalnız Ermənistan güclü olduqda təkrarlanmayacaq. Və bu məqsədə çatmaq üçün pulu Amerika rəsmilərinə və siyasətçilərinə rüşvətə yox, onun iqtisadiyyatına qoymaq lazımdır".



Fikrini bildir