SON XƏBƏRLƏR
İran nüvə silahlarının yayılmaması müqaviləsindən çıxmadığını açıqlayıb

Yazının dərc olunma Tarixi: 10/11/2019

İran nüvə silahlarının yayılmaması müqaviləsindən(NPT) çıxmadığı haqqında açıqlama verib.
İran nüvə silahlarının yayılmaması müqaviləsindən çıxmadığını açıqlayıb
Trend-in məlumatına görə, bu barədə bazar günü İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

"İran hakimiyyəti hələ də NPT-dən çıxmaq qərarına gəlməyib", - deyə ISNA onun sözlərini sitat gətirib.

Qeyd edək ki, şənbə günü "İRİB" yayım korporasiyası İranın Londondakı səfiri Həmid Bəidinejad Tehranın nüvə sazişinə son qoyulacağı təqdirdə NPT-dən çıxa biləcəyi ilə bağlı bir bəyanat yaydı.



Fikrini bildir