SON XƏBƏRLƏR
Yəhudi məskənlərinə 40 milyon ayrılacaq

Yazının dərc olunma Tarixi: 1/12/2019

İordan çayının qərb sahilindəki yəhudi məskənlərinə 40 milyon şekel (11.5 milyon dollar) ayrılacaq.

Yəhudi məskənlərinə 40 milyon ayrılacaq Bunu İsrail baş naziri Benyamin Netanyahu hökumətin iclasında çıxışı zamanı deyib.

“Terrorizmlə mübarizə ilə bir vaxtda biz İudeya və Samariyada (İordan çayının qərb sahilindəki yəhudi məskənlərinin adları - red) təhlükəsizliyi də artırmalıyıq. Bu təklif nazirlər kabinetinə təqdim olunacaq. Biz terrorizmlə mübarizə aparacağıq. Onlar bizdən qaça bilməz. Bura bizim torpağımızdır”, - deyə Netanyahu bildirib.



Fikrini bildir