SON XƏBƏRLƏR
Gürcüstanın NATO missiyasındakı hərbçiləri arasında kütləvi yoluxma

Yazının dərc olunma Tarixi: 10/7/2020

Əfqanıstanda NATO-nun “Qətiyyətli dəstək” sülhməramlı missiyasında iştirak edən Gürcüstanın 28 hərbçisi koronavirusa yoluxub.

Gürcüstanın NATO missiyasındakı hərbçiləri arasında kütləvi yoluxmaBu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Aparılan testlərdən sonra NATO-nun “Qətiyyətli Dəstək” əməliyyatında iştirak edən 28 gürcü hərbçisində koronavirus aşkarlanıb. Onlar Almaniya hərbi təyyarəsilə xüsusi reyslə Gürcüstana gətiriliblər”, - deyə məlumatda qeyd olunub.

Hərbçilərin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu, infeksiya mənbəyinin Əfqanıstandakı yerli kontingentlə əlaqəli olduğu qeyd edilir.

İnfeksiyaya yoluxan hərbçilər Qori hərbi hospitalında müalicə olunurlar.



Fikrini bildir