SON XƏBƏRLƏR
Hindistanda son sutka ərzində 54 mindən çox insan koronavirusa yoluxub

Yazının dərc olunma Tarixi: 2/8/2020

Hindistanda son sutka ərzində 54 mindən çox insan koronavirusa yoluxub
Hindistanda son sutka ərzində 54730 nəfər koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a 1,750,723 insan yoluxub. Bu nəticə ilə Hindistan ABŞ və Braziliyadan sonra dünya üzrə koronavirusa yoluxma sayına görə 3-cü yerdədir.

"CNN" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Hindistanda bu günə qədər koronavirusdan 37,364 nəfər infeksiyanın qurbanı olub. Hazırda ölkədə 567,730 aktiv xəstə var, 1 milyon 145 mindən çox insan isə virusla mübarizədən qalib ayrılıb.



Fikrini bildir