SON XƏBƏRLƏR
İsrail Qəzzaya hava zərbələri endirdi

Yazının dərc olunma Tarixi: 3/8/2020

İsrail Qəzzanın cənubuna hava zərbələri endirib.

İsrail Qəzzaya hava zərbələri endirdiCNN Türk xəbər verir ki, atılan mərmilərdən biri Han Yunus şəhərindəki əkin sahəsinə düşüb.

Məlumata görə, ilk hücum Qəzza bölgəsindən edilib. İsrail tərəfi buna cavab olaraq Qəzzaya havadan zərbələr endirib.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Qəzzadakı qruplardan heç biri hücumla bağlı şərh verməyib.



Fikrini bildir