SON XƏBƏRLƏR
Türkiyədə FETÖ üzvlərinə qarşı növbəti əməliyyat

Yazının dərc olunma Tarixi: 5/8/2020

Türkiyənin 14 vilayətində FETÖ terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Türkiyədə FETÖ üzvlərinə qarşı növbəti əməliyyatƏməliyyat zamanı terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Saxlanılanlar arasında Türkiyə Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan və hərbi xidmətdən uzaqlaşdırılan zabitləri də var.

Əməliyyatlar Türkiyənin Adana, İstanbul, Ankara, Antalya, Mersin, Hakkari, Diyarbəkir, Şanlıurfa, Sivas, Kocaeli, Bursa, Kayseri, Konya ve İzmir vilayətlərində reallaşdırılıb.

Bu istiqamətdə əməliyyatlar davam etdirilir.



Fikrini bildir