SON XƏBƏRLƏR
Beyrutdakı partlayışda 5 erməni ölüb

Yazının dərc olunma Tarixi: 5/8/2020

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bu gün səhər Livanın paytaxtı Beyrutdakı limanda baş verən güclü partlayış nəticəsində 3 erməninin öldüyünü, 100-ünün isə yaralandığını bildirmişdi.

Beyrutdakı partlayışda 5 erməni ölübBu barədə o özünün “Facebook” səhifəsində yazmışdı.

“Bu rəqəmlər arta bilər, çünki xeyli sayda itkin düşmüş insanlar var”, - deyə o vurğulamışdı.

Bir az əvvəl isə “Arevelk” nəşri partlayışda daha 2 erməninin öldüyünü yazıb.

Beləliklə, Beyrut limanındakı partlayış nəticəsində ölən ermənilərin sayı 5-ə çatıb. Bunlar Livan “Əl-Qataib” Partiyasının baş katibi Nizar Nacaryan, tibb bacısı Jessica Bezdcyan, Jak Paramakyan, Alina Zapri və Telia Papazyandır.



Fikrini bildir