SON XƏBƏRLƏR
1-ci vitse-prezidentə sui-qəsd

Yazının dərc olunma Tarixi: 9/9/2020

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd cəhdi olub, nəticədə 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

1-ci vitse-prezidentə sui-qəsdMəlumatı "TOLOnews" telekanalı yayıb.

Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.

“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsələr də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - deyə Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında Birinci vitse-prezidentin mühafizəçiləri də var.



Fikrini bildir