SON XƏBƏRLƏR
Polis autizmli yeniyetməni güllələdi

Yazının dərc olunma Tarixi: 9/9/2020

ABŞ-ın Solt-Leyk-Siti şəhərində polis autizmli yeniyetməyə atəş açaraq onu yaralayıb.

Polis autizmli yeniyetməni güllələdiBu barədə yerli KUTV telekanalı məlumat yayıb.

Yeniyetmənin anası polisə zəng edərək oğlunun əsəb sarsıntısı keçirdiyini vurğulayıb.

Polis bildirib ki, yeniyetmə silahla bəzi insanları təhdid edib. 13 yaşlı yeniyetmə polisdən qaçmağa çalışıb. Polis onun arxasınca bir qədər qaçdıqdan sonra ona atəş açıb.

Yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.

13 yaşlı Linden Kemeronun anası bildirib ki, polis onun oğluna bir neçə dəfə atəş açıb.

Ana qeyd edib ki, polisə zəng edərək ondan ayrı qalan övladının vəziyyətini başa salıb, Asperqer sindromundan əziyyət çəkən uşağın silahlı olmadığını, sadəcə xəstəxanaya çatdırılmasının vacibliyini vurğulayıb.

Polis hadisə yerindən silahın tapılıb-tapılmadığını açıqlamayıb.



Fikrini bildir