SON XƏBƏRLƏR
Gürcüstanda toy və yas mərasimlərinin keçirilməsi qadağan edildi

Yazının dərc olunma Tarixi: 9/9/2020

Koronavirusla mübarizə üzrə Gürcüstanın Baş naziri yanında İdarələrarası Koordinasiya Şurası ölkədə koronavirusa yoluxmuş insanların sayının kəskin artması ilə əlaqədar toy, yas mərasimləri və digər sosial tədbirlərin qadağan edilməsinə dair qərar qəbul edib.

Gürcüstanda toy və yas mərasimlərinin keçirilməsi qadağan edildiBunu hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.

Hökumət rəsmisi qeyd edib ki, Gürcüstan faktiki olaraq əvvəllər qüvvədə olan məhdudiyyətlərə qayıdır. İstər qapalı şəraitdə olsun, istərsə də açıq havada kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Qeyd edək ki, ötən gün Gürcüstanda daha 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni rekord qeydə alınıb.

Əksər yoluxmalar böyük turist axınının olduğu Acarıstan bölgəsində qeydə alınıb.

Statistikaya əsasən, bu günə qədər Gürcüstanda 1 773 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19 nəfər ölüb, 1 325 nəfər sağalıb.



Fikrini bildir