SON XƏBƏRLƏR
Rusiya XİN sanksiyalara etiraz edib

Yazının dərc olunma Tarixi: 18/9/2020

Rusiya XİN sanksiyalara etiraz edib
M.Zaxarova: “Yeni məhdudiyyətlər anti-Rusiya xarakteri yaratmaq cəhdidir”

Rusiyanın xarici işlər nazirliyi müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar ölkəyə qarşı nəzərdə tutulan sanksiya planlarını tənqid edib.

Mətbuat katibi Mariya Zaxarova Avropa İttifaqının yeni məhdudiyyətlərini qəsdlə anti-Rusiya xarakteri yaratmaq cəhdi adlandırıb.

Zaxarova bildirib ki, Rusiya Navalnının zəhərlənməsi ilə bağlı iddiaları araşdırmaq üçün rəsmi Berlinə təklif irəli sürsə də, qarşı tərəf müxtəlif bəhanələrlə birgə istintaqdan imtina edib.

Xatırladaq ki, Navalnı ötən ay zəhərlənmə diaqnozu ilə xəstəxnaya yerləşdirilib.

Daha sonra o müalicə məqsədilə Almaniyanın paytaxtı Berlinə gətirilib.

Hazırda onun vəziyyəti sabitdir.

Almaniyanın hərbi laboratoriyası Navalnının noviçok tipli maddə ilə zəhərləndiyini bildirib.



Fikrini bildir