SON XƏBƏRLƏR
Özbəkistan Baş nazirinin müavini koronavirusdan öldü

Yazının dərc olunma Tarixi: 20/9/2020

Özbəkistan Baş nazirinin müavini Uktam Barnoyev vəfat edib.

Özbəkistan Baş nazirinin müavini koronavirusdan öldü56 yaşlı U. Barnoyev koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Bir müddət əvvəl COVID-19 testinin nəticəsi pozitiv çıxan Barnoyev xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Özbəkistan Maliyyə nazirinin müavini Erkin Tursunov da koronavirusdan vəfat edib.



Fikrini bildir