SON XƏBƏRLƏR
Fəhlə prezidentə etiraz olaraq “yerin altından” çıxmaq istəmir

Yazının dərc olunma Tarixi: 22/9/2020

Belarusun potaş mədənində daha bir fəhlə şirkət rəhbərliyinə və prezident Aleksandr Lukaşenkoya etiraz olaraq şaxtadan qalxmaqdan imtina edir. Aleh Kudzelka adlı şaxtaçı özünün etiraz bəyannaməsini Belaruskali şirkətinin həmkarlar ittifaqına sentyabrın 21-də təqdim etmişdi. O yazır ki, tələbləri yerinə yetirilməyənədək şaxtanın yüzlərlə metr dərinliyində qalacaq.

Fəhlə prezidentə etiraz olaraq “yerin altından” çıxmaq istəmirMədənin həmkarlar ittifaqından verilən məlumata görə Kudzelko müəssisə direktorunun istefasını və Belarus prezidenti Lukaşenkoya qarşı etirazlarda iştirak etdiklərinə görə saxlananların buraxılmasını tələb edir.Kudzelkonun tələbnaməsində habelə Belarus təhlükəsizlik qüvvələrinin Minskdə keçirilən aksiya iştirakçılarına divan tutmasının və etirazçıların saxlanmasının dayandırılması istənir.

Kudzelko Belaruskali şirkətinin etirazçılarla həmrəylik mesajı olaraq şaxtadan çıxmaqdan imtina edən ikinci şaxtaçısıdır.

“Belaruskaliy» dövlət şirkəti dünyanın ən böyük potaş istehsalçılarından biridir. Belarusa valyuta gətirən bu şirkətdə 16 min işçi var. Belarusda bir çox başqa dövlət şirkətlərinin işçiləri etirazçılara dəstək olaraq nizamsız aksiyalar keçirir. Onlar 9 avqust prezident seçkisinin nəticələrinə etiraz edirlər. Regional prokurorluqlar belə fəhlələrə və aksiyaların təşkilatçılarına qarşı cinayət işləri qaldırır.

Bu da xəbər verilir ki, “Belaruskaliy” müəssisəsində şaxtadan qalxmaqdan imtina edən şaxtaçıları dəstəkləyən daha 20 fəhlə saxlanıb.

Belarusda etirazlar artıq ay yarımdır ki, davam edir, hər bazar günü yüz minlərlə adam Minskdə yürüş keçirir. Təhlükəsizlik qüvvələri kütləvi həbslər aparır.



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31